Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Arzu Abdullayevadan təklif: “Girovlara vəkil tələb edilə bilər”

“Erməni millətinə mənsub Georgi İvanyan, Artur Sakun kimi hüquq müdafiəçiləri bizim girovların tərəfindədirlər”.

Bunu Simsar.az-a Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ermənilər tərəfindən əsir götürülən azərbaycanlıların qondarma məhkəmə prosesini şərh edərkən deyib.

O bildirib ki, hüquqları pozulan şəxs vəkilə müraciət edirsə, onu müdafiə etmək vəkilin borcudur:

“Vəkil onların sadə insan olduqlarını vətənlərini görmək istədiklərini göstərməyə çalışacaqsa burda pis heç nə yoxdur. Çünki Kəlbəcər Azərbaycan torpağıdır. Həmin vətəndaşların da vətən həsrətini başa düşmək olar”.

Azərbaycan tərəfinin beynəlxalq təşkilatlardan vəkil tələb etmə hüququnun olması barədə də danışan A. Abdullayeva bildirib ki, Azərbaycan bu tələbi irəli sürə bilər:

“Girovlarımızı müdafiə edən vəkillər vəzifədən sui-istifadə edərək məsələyə birtərəfli yanaşıb, dövlətin mənafeyini qabardırsa bizim beynəlxalq təşkilatlardan vicdanlı vəkil tələb etmək hüququmuz var. Avropa Şurasına müraciət edərək monitorinq üçün həm Azərbaycan, həm də Ermənistan tərəfindən inanılan birinin məhkəmədə iştirakını təmin edə bilərik. Müşahidənin ardınca məhkəmə prosesi hesabat şəklində Avropa Şurasına təqdim edilə bilər”.


Ülviyyə Cövdətqızı







29 Oktyabr, 2014  12:47 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner