Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azər Sarıyev Şeyxin qudasını SƏBATSIZ adlandırdı

“Qalib Salahzadə adlı bir deputat var. Heç kəs onun qanun yaradıcılığı ilə bağlı hər hansı bir təklif verdiyini, ölkənin taleyüklü məsələləri ilə əlaqədar parlament tribunasından çıxışını eşitməyib. Amma şəxsi maraqları gələndə danışmağı bacarır, özü də ucadan. Son danışığı ilə isə lap “gül vurub”. Simsar.az xəbər verir ki, bunu öz facebook profilində Mərkəzi Seçki Komissiyasının sabiq şöbə müdiri Azər Sarıyev çıxış edib.

A.Sarıyev sosial şəbəkədə paylaşdığı statusunda yazıb: “Deputat vəsiqəsini daşıyan şəxs o qədər siyasi səbatsızdır ki, hələ də bilmir, administrasiya rəhbərinin dövlət tədbirində səsləndirdiyi fikirlər onun şəxsi mövqeyi yox, dövlətin, ölkə rəhbərinin siyasi xəttidir. Bir şəxs “kadr var, sadəcə imkan vermirlər” deyirsə, deməli əsl kadrın nə olduğunu bilmir. Alverçi təfəkkürlü, danışığını bilməyən adam seçicini aldadaraq, yağlı vədlər verərək hər hansı postu tutubsa, bu o demək deyil ki, o, artıq kadrdır. Yəni kiminsə hansısa postda olması hələ onun yetişmiş kadr olması demək deyil. Söhbət bələdiyyə sədrindən gedir. Amma bunu elə bəzi deputatlar barədə də demək olar. Deyir, bələdiyyə seçkilərində kimin seçiləcəyi indidən bəllidir. Öz barəsində seçkilərin nəticələrinə bəri başdan kölgə salır. Ancaq bilməlidir ki, yerli seçkilərdə kimin qalib gələcəyini təxmin etmək o qədər də çətin olmur. Bələdiyyə seçkilərinin özünəməxsusluğunun biri də budur. Böyük şəhərlərdən fərqli olaraq kiçik rayonlarda, kəndlərdə, qəsəbələrdə kimin, hansı namizədin necə nüfuz sahib olmasını hamı bilir”.

 






29 Oktyabr, 2014  12:07 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner