Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Polad İstehsalı Kompleksi” AMEA ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” layihəsi müzakirə edilib, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə AMEA-nın alim və mütəxəssisləri, QSC-nin rəhbərləri iştirak edib.

Anlaşma Memorandumunun məqsədi texniki əməkdaşlığın və innovasiya tədbirlərinin inkişaf etdirilməsi, texniki təlim xidmətlərinin yaradılması üçün səylərin səfərbər edilməsi və s. məsələlərdən ibarətdir.

Tədbirdə Memorandumun imzalanmasına qədər işçi qrupun yaradılması və “Tədbirlər planı”nın hazırlanması haqqında müzakirələr aparılıb. Hər bir sahənin elmi cəhətdən araşdırılması, kadr hazırlığı, eyni zamanda bir çox alimin bu sahəyə cəlb edilməsinin vacibliyi qeyd olunub. Metallurgiya üzrə magistr hazırlığına da başlanmasının lazım olduğu iştirakçıların nəzərinə çatdırılıb.

Məlumatda qeyd olunub ki, “Anlaşma Memorandumu”nun bu ilin noyabrında imzalanması planlaşdırılır.

Simsar.az






29 Oktyabr, 2014  12:06 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner