Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Əfsanəvi musiqiçi BAKIDA

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilən “Bakı Beynəlxalq Caz Festivalı – 2014” davam edir.

Simsar.az xəbər verir ki, festival çərçivəsində növbəti konsert Heydər Əliyev Sarayında əfsanəvi musiqiçi Stenli Klarkın kvarteti təqdim edib.

Dörd dəfə “Grammy” mükafatı almış Stenli Klark dünyanın ən məşhur akustik və elektron bas gitaraçısıdır. Bəstəkar və musiqiçi olan Stenli Klark ifası insanları yüksək texnikası və mükəmməlliyi ilə heyrətləndirir.

Stenli Klarkın ilk albomu “Children of Forever” adlanır. “The Bass-ic Collection”, “At the Movies”, “The Rite of Strings”, “East River Drive”, “Live 1976-1977”, “If This Bass Could”, “Project”, “Time Exposure” albomları isə musiqiçinin ən yaxşı albomları hesab edilir.

Konsertdə Stenli Klarkla yanaşı, Beka Qoçiaşvili (piano), Kameron Qraves (milli alətlər), Maykl Miçel (zərb alətləri) də çıxış edib. İlk ifalarından tamaşaçıları ələ alan musiqiçilərin çıxışları cazsevərlərin sürəkli alqışları ilə müşayiət olunub.






29 Oktyabr, 2014  11:52 Baxılıb: 720 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner