Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident: “Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar”

“Azərbaycan beynəlxalq arenada böyük etibar qazanıb”. Simsar.az-ın məlumatına görə, bunu Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə beynəlxalq hüququ müdafiə edib: “Bu gün Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın digər hissələrində faciəli hadisələr, dəyişikliklər görürük. Ona görə də dünya ictimaiyyəti terrorizmə, separatizmə qarşı birgə mübarizə aparmalı, ədalətli mövqe ortaya qoyulmalıdır”.

Dünyanın Azərbaycanı regionda sabitlik faktoru kimi qəbul etdiyini söyləyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata keçirilir: “Sabitlik olmadan inkişaf mümkün deyil. Biz təcrid olunmuş adada yaşamırıq, qonşularımız var. Regional təhlükəsizliyə, əməkdaşlığa bu baxımdan yanaşırıq. Birgə əməkdaşlıq nəticəsində biz maksimum uğurlar qazanmısıq. Enerji resursları ilə bağlı layihələr üzrə tərəfdaşlıqdan hər kəs qazanıb. Azərbaycan müstəqillik qazanan dövrdə iqtisadiyyat çökmüşdü, torpaqlarımız işğal olunurdu. Ötən dövr ərzində iqtisadi islahatlar həyata keçirilib, iqtisadi inkişafa, sabitliyə nail olunub. İqtisadi uğurlar ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin etməyə imkan verib. Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar”.






29 Oktyabr, 2014  11:15 Baxılıb: 832 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner