Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: “Siyasətçilər məsuliyyətli olmalıdır”

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı söyləyib.

Dövlət başçısı populist vədlər verən siyasətçilərin xalqları üçün problem yaratdığını vurğulayıb: “Siz gənclər gələcəyin siyasətçilərisiniz. Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir, maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu vədləri yerinə yetirməlidirlər. Vədləri yerinə yetirmək üçün beynəlxalq maliyyə təşkilatlarından maliyyə alırlar. Bu borc isə ölkələri ağır duruma salır, nəticədə iş yerlərinin, pensiyaların, maaşların azaldılmasına gətirib çıxarır. Ona görə də siyasətçilər reallıqdan çıxış etməlidirlər. Bu halda investorları ölkəyə cəlb etmək olar”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda islahatların həyata keçirilməsi davam etdirilir: “Azərbaycan iqtisadiyyatının dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatları sırasındadır. Ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunub. Azərbaycan iqtisadiyyatı dayanıqlıdır. Gənclər Forumunun iştirakçıları Azərbaycan barədə daha çox məlumat əldə etmək imkanı qazanacaqlar. Azərbaycan gənc, dinamik inkişaf edən ölkədir. Gənclər isə cəmiyyətin dinamik, hərəkətverici qismidir”.






29 Oktyabr, 2014  11:14 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner