Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

14 min ahıl və əlilə xidmət göstərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən hazırda 13 082 nəfər tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin edilir.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, xidmətlə təmin olunanların 10 852-i yaşı 70-dən yuxarı olanlardır.

Evlərində xidmət göstərilənlərin 8155 nəfəri şəhər və qəsəbələrdə, qalanları isə kənd yerlərində yaşayır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstərirlər.

Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.

Simsar.az






29 Oktyabr, 2014  11:08 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner