Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyəli rəsmilər Heydər Əliyev fondunda oldu

Qonaqlar Bakı-Tbilisi-Ceyhan kəməri keçən ərazilərin maketinə xüsusi maraq göstəriblər

Azərbaycanda səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 14-də Heydər Əliyev Fondunda olub.

Trend-in məlumatına görə, qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilib.

Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənmək və təbliğ etməklə yanaşı, həm də müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlarla tanış olub, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə dair materiallara, Azərbaycan-Türkiyə əlaqələrini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstəriblər.

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Əhməd Zahteroğulları Fondun xatirə kitabına ürək sözlərini yazıb.

Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılıblar.






14 Aprel, 2011  21:03 Baxılıb: 1195 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner