Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Papa Françeskodan ŞOK açıqlamalar

“Allah dünyanı 6 günə yaratmayıb”

Katolik kilsəsinin lideri Papa Françesko Böyük Partlayış və kainatın təkamülü kimi elmi nəzəriyyələrin gerçək olduğunu, lakin bütün bunların Allahın iradəsi nəticəsində həyata keçdiyini deyib.

Simsar.az xəbər verir ki, Roberto Kiosoki adına Ruhani Akademiyasında çıxış edən argentinalı katolik lider, təkamül nəzəriyyəsinin Allahın varlığını sübut etdiyini deyib: “Bu gün kainatın meydana gəlişini açıqladığına inandığımız Böyük Partlayış nəzəriyyəsi, bir yaradıcının müdaxiləsini, varlığını inkar etmir, əksinə bu müdaxilənin vacib olduğunu göstərir”.

Xristianların dünyanın “təsadüfən” yarandığı fikrini rədd etmələri gərəkdiyini deyən Papa, təkamülün də Allahın planının bir parçası olduğunu bildirib.

Papa Françesko, canlıların xüsusiyyətlərinin milyonlarla il içərisində dəyişdiyi və inkişaf etdiyi fikrinin yaradılış fikri ilə uyğun gəlmədiyini bildirib: “Çünki təkamül nəzəriyyəsi təkamülə uğrayan canlıların ən başlanğıcda yaradıldığını hesab edir”.

“Təkəmül nəzəriyyəsi”ni oxuduğumuzda Allahı əlində sehrli bir dəyənəyi olan sehrbaz kimi görürük deyən Papa, “Ancaq bu doğru deyil. Allah bütün canlıları yaratdı və hər canlının yenə özünün qoyduğu təbiət qanunlarına görə inkişaf edib dəyişməsinə icazə verdi” – deyə bildirib.

Katolik kilsəsi artıq Allahın dünyanı altı gündə yaratdığı nəzəriyyəsini dəstəkləmir və İncildəki bu hissənin, dünyanın yaradılışından yalnız rəmzi olaraq bəhs etdiyini hesab edir.

Vüsal Qarayev







29 Oktyabr, 2014  09:59 Baxılıb: 902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner