Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramiz Mehdiyevin kitabı müzakirə edildi

Rufiz Qonaqov: “İnkişafın Azərbaycan modeli” təkcə Azərbaycan üçün keçərli deyil, inkişaf etməkdə olan dövlətlər tərəfindən də istifadə edilə bilər”


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ərsəyə gətirdiyi və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun redaktorluğu ilə işıq üzü görən "İnkişafın Azərbaycan modeli" kitabının "Sosial inkişaf və güclü iqtisadiyyat kontekstində" adlı ictimai müzakirəsi keçirilib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi tərəfindən təşkil edilən tədbirdə təşkilatın sədri Rufiz Qonaqov kitab barədə məlumat verib. Bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması günün vacib tələblərindən biridir.

R.Qonaqovun sözlərinə görə, Ramiz Mehdiyevin bu kitabı, təkcə Azərbaycan üçün keçərli deyil, həm də bir nümunə kimi digər inkişaf etməkdə olan dövlətlər tərəfindən də istifadə edilə bilər.


Kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrünü təmin edən əsas sosial-iqtisadi hadisələrə, ulu öndər Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev tərəfindən verilən sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.

Tədbirdə Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, depuatatlar Yevda Abramov, Gülər Əhmədova, Çingiz Qənizadə, Fazil Mustafa, Adil Əliyev, Aqiyə Naxçıvanlı, Fuad Muradov və başqa tanınmış şəxslər iştirak edib.

Onlar "İnkişafın Azərbaycan modeli" kitabında əksini tapan məsələlərin əhəmiyyətindən danışıblar.

Ruslan










14 Aprel, 2011  21:03 Baxılıb: 1273 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner