Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rafiq Əliyev insan beyninin sirləri haqqında kitab yazıb

Azərbaycanın dünyada tanınan professoru, qeyri səlis məntiq nəzəriyyəsinin tək-tük mütəxəssislərindən olan Rafiq Əliyevinin yeni kitabı çap olunub. Amerikada ingilis dilində çap olunan kitab insan beyninin qeyri səlis neyron şəbəkələri haqqında yeni arqumentləri özündə əks etdirir. “İkinci tip qeyri-səlis neyron sistemləri” adlana kitab haqqında professorun özü Modern.az-a bunları danışıb:

“İnsan  beynində   10 üstü 14-ə  qədər neyron var. Bu da təbii ki,  trilyonlardan da yuxarı bir rəqəmdir. Amma çox təəssüf,  ən ağıllı adamlar bu neyronların yalnız  10-12  faizindən istifadə edə bilir. Bəs bu neyronlar necə birləşir?

Məsələn,  fikir vermisizsə adam nəyisə cavablandırmaq istəyəndə barmağını gicgahına aparır. Sanki beynində nəyi isə tərpədir. O əslində neyronların əlaqələrini təzə neyronlara qoşur və bu rabitəni gücləndirir. Axırda da “tapdım, tapdım” deyir. Biz də burada trilyon rəqəmini  müxtəlif rəqəm və işarələrlə əvəz edirik. Neyron sistemləri ilə bu cür işlədirik. Yəni,  bir növ insan beyninin süni formasını yaradırıq. Ona görə də ona barmağın zehinə qoyulmasını,  yəni şəbəkələr arasında əlaqəni necə inkişaf elətdirməyinin  kompüter variantını yazmışıq. Siz mənə sual verirsiniz ki bu kitab nədən bəhs   edir? Bu zaman mənə siqnal ötürürsüz. Sizin hər  sözünüz  bir rəqəmə çevrilir.

Məsələn,  5, 8, 10 amma bu kitabda mən sözlərin öz üzərində əməllər aparıram. Buna da ikinci tip qeyri səlis hesablamaları deyilir. Kitabda da onun nəzəriyyəsi gedir. Burada əsas məsələ odur ki,  bundan sonra  yüz kitab min kitab yazılsa da əsil insan beynini heç nə əvəz edə bilməz.  Bu kitab yalnız o yolda bir addım idi.






28 Oktyabr, 2014  20:52 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner