Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AŞPA Fariz Bədəlovun qətlini kəskin pislədi

AŞPA-da azərbaycanlı uşağın Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsini kəskin pisləyən sənəd qəbul edilib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı və qurumun müxtəlif ölkələrdən olan 20-dən artıq üzvünün imzası ilə bəyanat qəbul edilib.

APA-nın Avropa bürosunun məlumatına görə, yazılı bəyanatında deyilir: “Bu il martın 8-də Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlərlə hədəf alaraq qətlə yetirib. Kiçik yaşlı bir uşağın faciəli şəkildə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir. Bu cinayət bölgədə onsuzda gərgin vəziyyəti daha gərginləşdirib. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərdən dinc azərbaycanlıları snayperlərlə hədəfə almasının artması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Ermənistanın AŞ qarşında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı Qətnaməsinə tamamilə ziddir və münaqişənin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir”.


AŞPA 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir və rəsmi İrəvanı bu hadisəni törədənlərin ədalət qarşısında cavab verməsini, günahkarların cəzalandırılmasını təmin etməyə çağırır. Assambleya Ermənistanı atəşkəs rejimini pozaraq sivil insanları snayperlərlə hədəfə almasını dayandırmağa, münaqişənin tənzimlənməsinə dair AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və AŞPA-nın qəbul etdiyi 1416 saylı Qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarının azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırır və tələb edir”.


Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti üzvləri AŞ-nın İnsan Hüquqları üzrə Komissarı T. Hammarberqlə görüşərək Ermənistan Silahlı Qüvvələrinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsi ilə bağlı ətraflı məlumatlar veriblər. Onlar İnsan Hüquqları üzrə Komissardan bu məsələni nəzarətində saxlamasını, bu hadisəni törədənlərin layiqli cəzasını alması istiqamətində ondan öz səylərini əsirgəməməsini istəyiblər.






14 Aprel, 2011  20:43 Baxılıb: 1268 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner