Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fəttah Heydərov Qırğızıstan parlamentinin sədri ilə görüşdü

Qırğızıstan parlamenti - Joqorku Keneşin mətbuat xidmətinin verdiyi məlumata görə, bu qurumun sədri Asılbek Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə gələn Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovla görüşüb.

Görüşdə parlamentlərarası əlaqələrin indiki vəziyyəti və perspektivləri, iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi, TDƏŞ çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

A.Jeenbekov bildirib ki, Qırğızıstan Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Parlamentin sədri bildirib ki, Azərbaycan Qırğızıstanın yaxın tərəfdaşıdır, bir çox aktual məsələlərdə mövqelərimiz üst-üstə düşür. O, oktyabrın 26-da açılan Bakı-Bişkek-Bakı aviareysinin böyük əhəmiyyəti olduğunu qeyd edib.

Fəttah Heydərov ölkələrimizin parlamentləri arasında və beynəlxalq təşkilatlar çərçivəsində dialoqun daha da genişləndirilməsinin vacibliyinə toxunub. Milli Məclisin deputatı TDƏŞ-ə üzv dövlətlərin Ağsaqqallar Şurasının iclası haqqında məlumat verib. Mənzil-qərargahı Bişkekdə olacaq Beynəlxalq Köçəri Mədəniyyət Mərkəzinin yaradılması məsələsinin Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının növbəti iclasında müzakirə olunacağı diqqətə çatdırılıb.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, Bakı-Bişkek-Bakı aviareysinin açılması iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq. Səfir Bişkekdə Heydər Əliyev adına parkın, müasir məktəbin və Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması haqqında da məlumat verib.

Tərəflər ölkələr arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı və böyük qırğız yazıçısı Çingiz Aytmatovun irsinin öyrənilməsi ətrafında da fikir mübadiləsi aparıblar.






28 Oktyabr, 2014  19:28 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner