Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AXCP 52 üzvü partiyadan istefa verdi - ŞOK

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa haqqında bəyanat imzalayıb.

APA-ya göndərilən bəyanatda bildirilir ki, üzvlərin istefasına səbəb şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniyadır. Qeyd olunur ki, şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə, sabiq sədr K. Rəhimov arasında narazılıq yaranıb.

Bəyanatda şöbənin daha əvvəlki sədri Mahir Qulubəyli daxilində qarşidurma yaratmaqda ittiham olunub: "Maddi maraqlarla bəzi gənclər Kəmaləddin Rəhimova qarşı şərəfsizcəsinə şaiyələr yaydılar. Savadlı insanlar sıxışdırıldı. Bütün bunlara etiraz olaraq, AXCP rəhbərliyinə Nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də,  araşdırma aparmaq əvəzinə, “süni” konfrans keçirildi, hakimiyyətin “yaxın dostu” İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi. Əlbəttə ki, bu hadisələr zamanı baş verənləri hələlik açıqlamaq istəmirik. Son bir ildə isə 5-6 nəfər savadsızlıqları ilə şəhərdə ad qazanmış “lider cəbhəçi” insanlar artıq bizə bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara dur deyən olmadı. Ona görə də, biz aşağıda qeyd olunan AXCP üzvləri, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında K. Rəhimovun partiya ilə əlaqəsini kəsdiyini deyib:“O, uzun müddətdir ki, AXCP ilə əlaqəsini kəsib. Onun iddiaları tamamilə əsassızdır. Ola bilsin ki, o hansısa təsir vasitəsilə öz gedişini ajiotaj kimi təqdim edir. Onun partiyada heç bir statusu yox idi. Onunla birlikdə partiyanı heç kim tərk etməyib”.






28 Oktyabr, 2014  18:55 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner