Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Alıcıları çaşdıran hallarla mübarizə başladı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 134, mənzil 21 ünvanında fəaliyyət göstərən “SİLA” MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilərək istehlakçıların seçim sərbəstliyinə təsir göstərilməklə onların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, mağazanın vitrin pəncərəsində “Bütün yeni sezon mallarına 25% endirim” məzmunlu reklam yerləşdirilsə də, mağazada həmin malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunmayıb.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyənləşdirilmişdir.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılmışdır.

Qanun pozuntusuna yol vermiş “SİLA” MMC barəsində  qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Simsar.az







28 Oktyabr, 2014  17:51 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner