Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dindarların konfransı yekunlaşdı

Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusundakı ikigünlük regional konfrans yekunlaşıb.

Komitənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, “İslam radikalizmi və onun təhlükəli təzahürləri” adlı plenar iclasda Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Asəf Qənbərov “İslamda radikalizmin yaranma səbəbləri: tarixi və müasir aspektlər" mövzusunda çıxış edib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov “İslam radikalizminin təhlükəli təzahürləri ilə mübarizədə mötədillik əsas prinsip kimi” mövzusunda məruzəni təqdim edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılovun aparıcılıq etdiyi "Ənənəvi İslam dəyərləri və çağdaş problemlər" adlı planer iclasda daha bir neçə maraqlı mövzu konfrans iştirakçılarının müzakirəsinə təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov:“Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov “Şimal-Qərb bölgəsində ənənəvi İslam”, Bakı İslam Universitetinin, Zaqatala şöbəsinin müəllimi Vüqar Səmədov “İrfan məktəbi - ənənəvi İslamın bərpası” adlı məruzələrlə çıxış ediblər.

Konfransın sonuncu plenar iclası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın moderatorluğu ilə baş tutub.

İclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov “Ənənəvi dəyərlərin təbliğ olunmasında dini icmaların yeri və rolu”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov “Şimal-Qərb bölgəsində dini icmaların fəaliyyəti: imkanlar və perspektivlər”, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov“Din icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə”  mövzularında çıxış ediblər.

Simsar.az

 







28 Oktyabr, 2014  16:52 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner