Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Hüseyn Cavid Ədəbi Məclisi” yaradıldı

Bu gün “Hüseyn Cavid Ədəbi Məclisi”nin təsis edilməsi ilə bağlı tədbir keçirilib.

Simsar.az xəbər verir ki, tədbirdə yazıçı Kəmaləddin Qədirov, professor Ramiz Əsgər, bir çox yazıçı və şairlər, cavidşünaslar və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən yazıçı Kəmaləddin Qədirov bildirib ki, bir neçə yazıçı və cavidşünaslarla birlikdə “Hüseyn Cavid Ədəbi Məclisi”nin təsis edilməsi ilə bağlı qərara gəlinib və məclisi yaradılıb.

K. Qədirov qeyd edib ki, bu gün cavidşünaslar üçün çox əlamətdar bir gündür: “Ümumiyyətlə oktyabr ayı Cavidlər ailəsi sayılır. Bu ayda Hüseyn Cavid özü, onun övladları dünyaya göz açıb”.

K. Qədirov qeyd edib ki, Hüseyn Cavidin 41 il sonra nəşinin Azərbaycana gətirilməsində ümumilli lider Heydər Əliyevin çox böyük əməyi olub. O vurğulayıb ki, bu gün dövlətimiz Hüseyn Cavidin əsərlərini araşdırır, onun əsərlərini daima yaşadır:

Daha sonra çıxış edən Ramiz Əsgər bildirib ki, Hüseyn Cavid türk dünyasının böyük, ölməz dramaturqu olub: “Çox böyük sənətkardır. Repressiya dövründə elə qətlə yetirilən sənətkarlardan yeganə Hüseyn Caviddir ki, illər sonra onun nəşi Sibirdən doğma vətəninə qaytarılıb. Bu da məhz ümummilli lider Heydər Əliyev sayəsində olub”.

R. Əsgər qeyd edib ki, biz bu gün Cavidin kimliyini gənclərə təbliğ etməliyik: “Onun əsərlərini, şeirlərini, yeni nəsillərə çatdırmaq bizim borcumuzdur”.

Aysel







28 Oktyabr, 2014  15:47 Baxılıb: 723 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner