Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Yəhudilər Azərbaycan dövlətinin yanındadır” - Rav Şmuel

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantovu qəbul edib.

Komitənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı Mübariz Qurbanlı bildirib ki, Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir.Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.

Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib.

Qonaq qeyd edib ki, Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Rav Şmuel Simantov qəbula görə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edib.

 

 

 

 







28 Oktyabr, 2014  14:35 Baxılıb: 726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner