Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Şeyxin qudası Milli Məclisdə aranı qarışdırdı: “Kimlərin bələdiyyə seçiləcəyini bilirik” - YENİLƏNİB

“Ölkə ərazisində fəaliyyət göstərən 1700 bələdiyyənin hamısı Milli Məclisdə hesabat verə bilməz”.

Simsar.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu qanunun tətbiqi praktiki baxımdan mümkün olmayan məsələdir.

Deputat qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyələrin fəaliyyətinə xitam verməsi də düzgün deyil: “Mərkəzi Seçki Komissiyasına elə bir səlahiyyət verilməyib ki, bələdiyyələrin fəaliyyətinə xitam versin”.

Deputat Qalib Salahzadə isə deyib ki, xüsusilə Bakı bələdiyyələrin xəritəsi yoxdur.

O, qarşından gələn bələdiyyə seçkisi barədə tənqidi fikir səsləndirib: “Onsuz da bilirik ki, kimlər bələdiyyə seçiləcək. Burda təəccüblü bir şey yoxdur. Bütün deputatlar da bilir ki, kim bələdiyyə sədri olacaq. Bir az cürətli danışdım, amma düz danışdım”.

Onun bu fikri deputatlar arasında gülüşlə qarşılanıb.

Deputat Arif Rəhimzadə isə Qalib Salahzadənin cavabını verib.

O bildirib ki, bələdiyyələrə qarşı bu cür ifadələri işlətmək olmaz. Biz onlara hüquqi qiymət verə bilmərik. Hələ bir seçki keçirilsin və sonra kimin necə seçiləcəyinə hüquqi qiymət veriləcək.

*** 14:45

Deputat Fazil Mustafa isə düşünür ki, bu qanun layihəsi bələdiyyələrin fəaliyyətini məhdudlaşdıracaq: “Əksinə imkan vermək lazımdır ki, bələdiyyələrin statusu genişlənsin”.

Milli Məclisin birinci müavini Ziyafət Əsgərov isə Fazil Mustafanın bu mövqeyinə etiraz edib. “Yaxşı olar ki, qanunun mahiyətini başa düşəsiniz. Siz hüquqşünas kimi danışmırsınız. Bu qanun bələdiyyələrin fəaliyyətini genişləndirəcək”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deyilənlərə belə münasibət bildirib: “Azərbaycanda bələdiyyələrin inkişafına şərait yaradılıb. Elələri var ki, heç bələdiyyələrdən xəbəri yoxdur, amma ondan danışır. YAP bələdiyyə seçkilərinə yaxşı hazırlaşır. YAP-da bələdiyyə sədrliyinə namizədllik uğrunda qırğın gedir. Biz məcbur olub həmin şəxslərin bəzilərini hədələyirik ki, onları partiyadan çıxaracağıq. Bu, ölkədə bələdiyyə seçkisinə olan marağın göstəricisidir. Kimsə deyir ki, guya bələdiyyə sədri olacaq adamlar bəllidir. Bu kökündən yanlışdır. Bunu o adamlar deyir ki, adamlarını bələdiyyə seçkisində namizədliyə sala bilmirlər”.

S. Novruzov deputat həmkarı Qalib Salahzadənin fikirlərinə də etiraz edib.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxlislam Allah Şükür Paşazadənin qudasıdır.

Elmar Hüseynov







28 Oktyabr, 2014  15:08 Baxılıb: 1329 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner