Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Heç kimin mədəsinə müdaxilə etmək istəmirəm" – Zahid Oruc

“Qrantlarla bağlı qanun layihəsi çox önəmli məsələdir. Ona görə ki, Azərbyacan gerçəkliyində qrant bağlayan tərəflər bunu 3-cü tərəfə yönəldərək bir növ məsluliyyəti boynundan atmağa çalışır”.

Simsar.az xəbər verir ki, bunu “Qrant haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib. O bildirib ki, qrant alanların əksəriyyəti partiyaların ətrafındakılardır: “Bu isə o deməkdir ki, qrantlar partiyaları maliyyələşdirir. Hansısa beynəlxalq qurum məsələn, “Şuşaya qayıtmaq istəyən birinin istəyi” ilə bağlı qrant layihəsini maliyyələşdirməyib. Qrantlar daha çox məkrli niyyəti olan şəxslər alır”.

Deputat çıxışı zamanı deputatlara xitab edərək maraqlı ifadə səsləndirib: “Bilirəm ki, hamı nahar barədə fikirləşir. Düzdür mən heç kimin mədəsinə müdaxilə etmək istəmirəm, amma müzakirələr aparılmalıdır”.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə deputatın çıxışına maraqlı reaksiya verib. “Zahid bəy, bu çıxışı keçən dəfə də etmişdiniz”.

Sonra Zahid Oruc çıxışına davam edib.

Müzakirələrin sonunda “Qrant haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.






28 Oktyabr, 2014  14:21 Baxılıb: 732 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner