Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Eldəniz Quliyev peşəkar təxribatçıdır” - Qüdrət Həsənquliyev

“Son zamanlar Eldəniz Quliyev Azərbaycan polisi haqqında mənfi rəy yaradır. Bəzi ölkələrdə iğtişaşlar qabağı ilk növbədə hüquq-mühafizə orqanları gözdən salınır”.

Simsar.az xəbər verir ki, bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, az da olsa hüquq-mühafizə orqanlarında işləyib: “Polis” haqqında Qanuna elektroşokun tətbiqinə nə üçün icazə verilməsi bəzi həmkarlarım tərəfindən düzgün anlaşılmayıb. Biz elektroşokdan istifadənin yalnız cinayətkar şəxlərin cinayət törətməsinin qarşısını almaq üçün istifadə edilməsi üçün bu qərarı qəbul etməyə çalışırıq. Elektroşokdan Gövhər xanımın dediyi kimi hər dəqiqə istifadə olunmayacaq. Yalnız müqavimət göstərən cinayətkarlar zərərləşdirilən zaman istifadə ediləcək.

Millət vəkili digər bir məsələyə də diqqət çəkib. O bildirib ki, Daxili İşlər Nazirliyi və nazir Ramil Usubov öz əməkdaşlarının hüquqlarının qorunmasında maraqlıdır. Milli Şura üzvü Eldəniz Quliyev polisi təhqir edib. O, peşəkar təxribatçıdır. Eldəniz Quliyev Azərbaycanda təxribat yaratamaq istəyən şəxslərdən biridir. O, prezident seçkisi qabağı Talışları Müdafiə Komitəsi adlı bir təşkilat yaratmışdı. Amma indi həmin qurumdan xəbər yoxdur”.

Qüdrət Həsənquliyev onu da deyib ki, bu gün Eldəniz Quliyevi müdafiə edənlər polisi gözdən salmaq istəyənlərdir. “Bunlar həmin şəxslərdir ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin kabinetinə gizlincə girib Heydər Əliyevə zəng edərək, onu Bakıya dəvət etmişdilər. Bunlar xəyanətkardır”.

Qeyd edək ki, Eldəniz Quliyev Azərbaycan polisini təhqir etməkdə ittiham olunaraq daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilib.






28 Oktyabr, 2014  13:46 Baxılıb: 1111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner