Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Polislərə elktroşokdan istifadəyə icazə verildi

Milli Məclisin bu günkü iclasında “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələyə baxılıb. Simsar.az xəbər verir ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli qanun layihəsi haqqında məlumat verib. O bildirib ki, polis kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə elektroşokdan istifadə edə bilər. Onun sözlərinə görə bütün polis əməkdaşları yox, xüsusi icazəsi olan polislər elektroşokdan istifadə edə bilər.

Deputat Çingiz Qənizadə bildirib ki, bu qanun layihəsi insan hüquqlarının pozulması kimi dəyərləndirilə bilməz. Deputat qeyd edib ki, dünya təcrübəsində də elektroşokdan istifadəyə icazə verilir. “Polis silahla kimisə zərərsizləşdirsə, problemlər olacaq. Amma elektroşok daha məqbuldur. Bəzi qüvvələr Azərbaycan polisi haqqında mənfi rəy formalaşdırırlar. Lakin yenə deyirik ki, bundan bütün polis işçiləri istifadə etməyəcəklər”.

Deputat Sahib Alıyev qeyd edib ki, ABŞ-da hətta irqçilik zəminində də polis silahsız şəxslərə atəş açır. Milli Məclis üzvünün sözlərinə görə Azərbaycan polisi yalnız hüquq çərçivəsində gərəkli addımlar atır. “Elektroşokdan istifadə də təəccüblü bir şey yoxdur”.

Xanım deputat Gövhər Baxşəliyeva qeyd edib ki, bun qanun layihəsinin qəbulu anti-humanist addımdır. “Ondansa, polis ayaqdan atəş açsa, daha yaxşıdır. Elektroşoka məruz qalan şəxs şikəst qala bilər. Ona görə də mən bunu anti-humanist addım kimi qiymətləndirirəm. Bu baxımdan bu qanun layihəsinə səs verməyəcəyəm”

Lakin BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Gövhər Baxşəliyevaya etiraz edərək bildirib ki, burada anti-humanist heç bir şey yoxdur.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Elmar Hüseynov






28 Oktyabr, 2014  13:29 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner