Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Kobani İŞİD-in əlindədir” – İngilis jurnalist + VİDEO

ABŞ-ın yarım milyard dollarlıq hava hücumları heç bir işə yaramır.

Simsar.az xəbər verir ki, bu sözləri 2 ildir İŞİD-in əlində əsirlikdə olan ingilis jurnalist Con Cantliy deyib.

İŞİD, 2012-ci ildən əsir saxladığı İngilis jurnalist Con Cantliyə, Kobanidən reportaj hazırladıb.

Simsar.az xəbər verir ki, İŞİD-ə aid pilotsuz təyyarələrin də çəkdiyi görüntülərin yayımlandığı reportajda Con, Kobaninin İŞİD kontroluna keçdiyini iddia edir.

İngilis jurnalist, ABŞ-ın yarım milyard dollarlıq hava hücumlarının heç bir işə yaramadığını və şəhərin mərkəzinin İŞİD militanlarının əlinə keçdiyini deyir. Qərb mediyasını, Kobani reallıqlarını olduğu kimi işıqlandırmamaqda ittiham edən 43 yaşlı Con, “Bu an PKK-nın guya təhlükəsiz bölgəsindəyəm və ətrafımda qərbli bir jurnalist görə bilmirəm” – deyə bildirir.

ABŞ-ın hava hücumlarının İŞİD-i heç bir yerdə durdura bilməyəcəyini deyən İngilis jurnalist, “göndərdikləri silahlar da mücahidlərin əlinə keçdi” – deyə bildirir. Sələfilər kimi bığsız saqqal saxlayan Con, qərb medyasının və İŞİD-in pərdə arxasındakı gerçəkləri açıqlayacağını deyir .

Reportajda həmçinin, Türkiyə sərhəddindən görüntülər də yer alıb.

Vüsal Qarayev






28 Oktyabr, 2014  12:46 Baxılıb: 1008 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner