Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Millət vəkilləri qondarma məhkəmədən danışdılar - ETİRAZ

“Bu gün hər bir azərbaycanlını Kəlbəcərdə girov götürülən soydaşlarımızın taleyi narahat edir. Bu gün onların müdafiəsi üçün vəkillər tutulmalıdır”.

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib. O bildirib ki, beynəlxalq təşkilatlar onlarla maraqlanmır. Deputat onu da söyləyib ki, ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər. “Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar”, - deyə İqbal Ağazadə qeyd edib.

İnsan haqlarının müdafiəsi ilə bağlı yaradılan işçi qrupunu alqışlayıram. Bu Azərbaycan üçün yeni mərhələ, yeni müstəvidi. Arzu edirəm ki, İşçi Qrupun fəaliyyətini düzgün qursun və tez-tez əfv sərəncamları və amnistiyalar olsun. Siyasi məhbuslar, tutulanlar azad edilsin. Bu da Azərbaycana beynəlxalq aləmdə uğur qazandıracaq.

Deputat Fazil Mustafa isə bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər. “Ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini deyib. Yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”, - deyə Fazil Mustafa qeyd edib.

Millət vəkili Qənirə Paşayeva deyib ki, girovlarla bağlı Millət vəkillərinin fikirlərini dəstəkləyir. “Beynəxlaq qurumlar bu məsələ ilə bağlı heç bir addım atmırlar. Biz görürük ki, girovlarımızla bağlı hansı addımlar atılır ermənilər tərəfindən. Girov ailələrinə dəstək olunmalıdır ki, onlar Avropa İnsan Haqqları məhkəməsində bu məsələni qaldırsanlar. Girovlarmıza işgəncə edilir. Bu yolverilməzdir”.

Elmar Hüseynov






28 Oktyabr, 2014  12:37 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner