Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Girovlarımız qondarma respublikanı tanımayıblar” - Millət vəkili

“Ötən gün Dağlıq Qarabağdakı separtçı rejimdə azərbaycanlı girovların qondarma məhkəməsi teatr səhnəsini xatırladırdı”.

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, hər hansı bir ölkədə guya insan haqlarının pozulması ilə bağlı tez-tez bəyanatlar verən Qərb dairələri azərbaycanlı girovlarla bağlı bəyanat vermirlər. Onun sözlərinə görə artıq Ermənistan mətbuatı öz təbliğatını quraraq Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yalan məlumatlar yayırlar. “Amma nədənsə, Qərb təsisatları girovların taleyini düşünmür. Azərbaycan mətbuatında girovlarımızla ağlı yayılan məlumatlara diqqət yetirdikdə  görürük ki, onlar qondarma Dağlıq Qarabağ Respublikasını tanımayıblar.

Millət vəkili həmçinin təhsillə bağlı danışıb. O bildirib ki, Təhsil Nazirliyi Qarabağ ərazisinin ayrıca tədrisi ilə bağlı işlər görür. Amma mənim fikrimcə Qarabağı təkcə subyekt kimi təqdim etmək, tanıtmaq düzgün deyil. Yaxşı olar ki, bütöv Azərbaycan və türkçülük təbliğ edilsin.

Bir də onu  bildirim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ifadəsi mətbuatda yazılır və bu ifadə düzgün deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün münaqişə Ermənistan-Azərbaycan münaqişəsi kimi təqdim olunmalıdır.

Elmar Hüseynov






28 Oktyabr, 2014  12:24 Baxılıb: 745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner