Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: "Gənclər arasında yoxsulluğun səviyyəsi azalıb"

"Gənclər siyasəti öz müstəqiliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətininin fəaliyyətində prioritet istiqamtlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictmai-siyasi şərait yaradılıb".

Simsar.az xəbər verir ki, bu bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Gənclər Siyasəti üzrə I Qlobal Forum” iştirakçılarına ünvanladığı məktubda bildirib.

Prezidentin məktubunu PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Müraciətdə deyilir:

Son illər aparılan ardıcıl islahatlar sayəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoyub, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Təhsil, səhiyyə, mədəniyyət və idmanın maddi-texniki bazası möhkəmlənmiş, cəmiyyətdə davaml sabitlik bərqərar olmuş, əsrlər boyu xalqımıza xas olan qonaqpərvərlik ənənələri və tolerantlıq mühiti daha da dərin kök salıb.

Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialın üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial- məişət və məşğulluq problemlərinin həlli sayəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılıb.

Sosial-iqtsadi inkişafın sürətləndirilməsi və mükəmməl infrasturturun formalaşdırıması istiqamətində həyata keçirilən layihələr müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyasli tədbirlərin təşkili sayəsində qazanılmış zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verib.

Əminəm ki, bu gün işə başlayan "Gənclər Sasəti üzrə 1-ci Qlobal Frumu" da həmin tədbirlər sırasında layiqli yer tutacaq. Biz ilk gündən Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsində təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin proritetlərinin dəqiqləşdirilməsi, problemlərinin həlli yollarının araşdırılması, iştirakçı dövlətlərin dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti olacaq, səmərəli müzakirələrlə yadda qalacaq. Forumun işinə uğurlar, hər birinizə möhkəm can sağlığı arzu edirəm.

Hüseyn İbadlı






28 Oktyabr, 2014  11:29 Baxılıb: 695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner