Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bakıda “Gənclər Siyasəti üzrə I Qlobal Forum” keçirilir - FOTOLAR - YENİLƏNİB

"Müasir gəncliyi düşündürən vahid tövsiyələr hazırlanacaq"

Simsar.az xəbər verir ki, bu barədə jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O deyib ki, 1998-ci ildən sonra  ilk  dəfədir ki, gənclər sahəsində belə yüksək səviyyədətədbir keçirilir. Bütün dünya gəncləri, gənclər siyasətinə cavabdeh şəxslər, akademik nümayəndələr, qeyri-hökumət təşkilatları təmsilçiləri forumda iştirak edir, Forumda dünya və Azərbaycan gənclərinin mühüm problemləri müzakirə olunacaq.

Ə.Həsənov bildirib: "Forumun Bakıda keçirilməsi bizim üçün xüsusi qürurverici haldır və 20 ildən çoxdur ki, Azərbaycanda gənclər siyasətinə verilən davamlı siyasətin nəticəsidir. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində gənclər özü birbaşa rol oynayır.

Azərbaycan əhalisinin  sayına və ərazisinə görə dünyanın son 50 ölkəsi arasında olmasına baxmayaraq yürütdüyü siyasətə, öz inkişafına, gənclərə yaratdığı şəraitə görə, sosia iqtisadi inkişaf reytinqlərinə görə ilk 30-da özünə yer tutub. Buna görə də bu siyasət diqqətdən kənarda qala bilməzdi. Bugünkü forumun Azərbaycanda keçirilməsinə təsir göstərən əsas amillərdən biri də budur.Düşünürəm ki, Forumun ölkəmizdə keçirilməsi Azərbaycan gənclərinin dünya gəncləri ilə inteqrasiyasına ciddi dəstək verəcək. Azərbaycanda gənclər siyasətinin inkişafında mühüm amilə çevriləcək.

PA rəsmisi forumdan gözləntilərini dəaçıqlayıb: "Azərbaycan gənclərinin iştirakı ilə müasir gəncliyi düşündürən bütün sahələr üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr nazırlanacaq. Bu tövsiyələri burada iştirak edən dövlətlər öz ölkələrinin siyasətində tətbiq edəcəklər".

*** 10:55

Simsar.az xəbər verir ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Baş katibinin Gənclər üzrə elçisinin ofisi, YUNESKO və Avropa Şurası tərəfindən keçirilir.

Gənclər və idman naziri Azad Rəhimov tədbir iştirakçılarını təbrik edib və çıxış nitqində bildirib ki, ilk dəfə olaraq Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçirilir. Bu forum böyük əhəmiyyət kəsb edir: "1998-ci ildən bəri belə bir Forum keçirilməyib. Bu XXI əsrdə gənclərin ilk və çox vacib tədbiridir. Onun sözlərinə görə, forumda 160 ölkədən nümayəndə iştirak edir. 105 ölkədən gənclər siyasətinə cavabdeh olan təşkilatların nümayəndələri, 61 nazir və nazid səviyyəsində işləyən insanların iştirakı gözlənilir".

Nazir deyib ki, dünya yeni bir çağrışlarla üzləşib: "Bu çağırışlar ilk öncə bütün dünyada gənclərlə bağlıdır. Bu gün BMT tərəfindən də gənclər siyasəti dünya qlobal gənclər siyasətinin bir yerə gətirilməsi ən vacib prioritetlərdən biridir".

A.Rəhimovun sözlərinə Forumda qəbul olnacaq qətnamə dünya qlobal gənclər siyasətinə yeni təkan, yeni impuls verəcək. Bununla da yeni prioritetlər aşkar olunacaq.

Hüseyn İbadlı











28 Oktyabr, 2014  12:12 Baxılıb: 872 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner