Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Günümüzün Stalinqradı - KOBANİ - FOTOLAR

ABŞ və koalisiya güclərinin hava bombardmanlarnı, “İŞİD”-in top atəşləri, kamikadzelərin bomba yüklü maşınlarla terror aktları Suriyada kürdlərin yaşadığı Kobani şəhərinin demək olar ki, yarısını yerlə bir edib. Şəhər əhalisinə qida kənardan gətirilir. Şəhərdə mindən çox insan avtomobillərinin içində yaşayır.

Simsar.az xəbər verir ki, Hürriyyet-in əməkdaşları 3 tərəfdən “İŞİD” mühasirəsində olan Kobanidə 48 saat keçiriblər.

İŞİD və YPG binaların üstünə snayperlər yerləşdirib. Şəhərin prospekt və küçələrindən ölüm qoxusu gəlir.

Zəncirli qapılar

Şəhərdə salamat qalan evlərdə pəncərə önündə durmaq, pəncərələri açıq qoymaq, elektrikdən və ya hər hansı bir işıq saçan alətdən istifad etmək, küçələrə tək çıxmaq olmaz. Evlərin qapıları isə zəncirlə bağlanır. Su və elektrik probleminin olduğu şəhərdə yemək ehtiyacı isə Türkiyənin Mürşitpınar sərhəd qapısından ərzaq gətirilərək ödənir.

Nəticə Stalinqarad kimi olacaq

YPG-lilər Kobanini II Dünya Müharibsində Hitler Almaniyasına qarşlı qanlı mübarizə aparan və sonunda qalib gələn Stalinqrada bənzədirlər. YPG-lilər də sonunda qazanacaqlarına əmindirlər. Şəhərdə ən çox ehtiyac duyulan şey dərman və uşaq yeməkləridir. Bütün çətinliklərə baxmyaraq hazırda şəhərdə qalıb evlərini tərk etməyən mülki vətəndaşlar, ölsələr də burda qalacaqlarını, qaçmağın heç bir fayda verməyəcəyini deyirlər.

Vüsal Qarayev



















28 Oktyabr, 2014  09:20 Baxılıb: 937 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner