Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azad Rəhimov BMT baş katibi ilə görüşdü

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı oktyabrın 28-30 tarixlərində Bakı şəhərində keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq məsələləri müzakirə edilib. Nazir Forumun keçirilməsində göstərdiyi dəstəyə görə baş katibə təşəkkürünü bildirib. A. Rəhimov görüşdə həmçinin ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat verib.

Nazir eyni zamanda Bakı şəhərində 2015-ci ildə keçiriləcək İlk Avropa Oyunları və onlara hazırlıq haqqında məlumat verib, oyunların Avropa qitəsində ilk dəfə keçirilməsnini mahiyyətini və əhəmiyyətini vurğulayıb.

BMT-nin baş katibi Azərbaycanda bir çox mövzular üzrə beynəlxalq tədbirlərin keçirilməsini də müsbət qiymətləndirib.






27 Oktyabr, 2014  18:10 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner