Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukrayna seçkiləri: QƏRB irəlidə

Xəbər verdiyimiz kimi, dünən Ukraynada növbədənkənar parlament seçkiləri baş tutdu.

Simsar.az Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, Ukraynadakı Parlament seçkilərindən sonra səslərin 29 faizi hesablanıb. Məlumata görə 5 faiz limitini hələlik 29 partiyadan yalnız 6-sı keçə bilib.

Seçkilərdə Rusiya meyilli partiyalarla müqayisədə, Qərbmeyilli partiyaların yüksək faizlə irəlidə olduğu bildirilir.

Sayılan səslərin partiyalar arasında bölüşdürülməsi belədir: Keçmiş Baş Nazir Arsen Yasenyukun partiyası – Xalq Cəbhəsi 35.67, Petro Proşenkonun bloku – 21.60, Özünə Yardım Partiyası – 10.75, Müxalifət Bloku – 9.62, Radikal Partiya Oleq Lyaşka – 7.53 və keçmiş Baş Nazir Yuliya Timaşenkonun Ana Vətən Partiyası – 5.82.

Qeyd edək ki, dünənki seçkilərə 35 milyondan çox seçicinin yarısından çoxu qatılıb. Donetsk və Luqans bölgəsi isə baykot edərək seçkilərdə iştirak etmədilər.

Vüsal Qarayev







27 Oktyabr, 2014  14:16 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner