Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səyyar qəbullar davam etdirilir - Təhsil İdarəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq paytaxtda rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Simsar.az-a İdarədən verilən məlumata görə,  buna qədər səyyar qəbullar Binəqədi və Xəzər rayonlarında keçirilib.

Xəzər rayonu üzrə 185 №li məktəbdə keçirilən səyyar qəbulda Qala qəsəbəsində yerləşən 92, 185, 216, 323, Türkan qəsəbəsində yerləşən 119, 262, 256 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Binəqədi rayonu üzrə 276 №li məktəbdə keçirilən səyyar qəbula isə Dərnəgül massivində yerləşən 3, 102, 276, VII mikrorayonda yerləşən 126, 244, VIII mikrorayonda yerləşən 83, 135, 248, 283 №li məktəblərin, 3 №-li  Uşaq-Gənclər  Şahmat  İdman Məktəbinin, 27 №-li  Uşaq  Yaradıcılıq  Mərkəzinin, 14 №-li  Uşaq-Gənclər  Şahmat  İdman  Məktəbinin müəllim və valideynləri müraciət ediblər.

Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Xəzər rayonu üzrə 15 müraciət, Binəqədi rayonu üzrə isə 4 müraciət qəbul edilib.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sistemi, müəllimlərin yerdəyişməsi, şagirdlərin musiqiyə olan marağını daha da artırmaq üçün məktəblərdə müəyyən dərnəklərin təşkil edilməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Aysel






27 Oktyabr, 2014  14:12 Baxılıb: 844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner