Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bu prinsiplər danışıqları pozur” - Elman Nəsirov

“Fransanın Ermənistandakı səfirinin son açıqlamaları, amerikalı həmsədr Ceyms Uorlikin “tvitter” hesabında tərəflərin mövqeləri ilə bağlı yazdığı fikirləri əsas götürsək demək olar ki, bu görüşə dair müəyyən ümidlər var. Ancaq görüş özlüyündə əhəmiyyətli olsa da nəticə gözləmək ehtimalı böyük deyil”.

Bu sözləri politoloq Elman Nəsirov Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutacaq bugünkü görüşünü şərh edərkən dilə gətirib.

O bildirib ki, görüşdə Azərbaycan tərəfi Böyük Sülh Sazişi ilə bağlı məsələnin gündəmdə olmasında maraqlı olacaq. “Azərbaycan tərəfi istəyir ki, Paris görüşü ilə yanaşı indiyə qədər keçirilən bütün görüşlərdə aparılan danışıqlar Böyük Sülh Sazişində nəzərə alınsın. Və yenidən o məsələlərə qayıdılmasın. Ancaq Ermənistanın mövqeyi bəllidir. Onlar Sazişə qədər münaqişənin həlli ilə bağlı prinsiplər müəyyən etmək niyyətindədirlər. Ermənistan tərəfindən irəli sürülən və xalqların öz müqəddaratını həll etmə imkanı verən bu prinsiplər danışıqları pozur”.

Paris görüşünə mənfi təsir göstərəcək digər məqamları barədə də danışan politoloq bildirib ki, rəsmi Ermənistan azərbaycanlı əsirlər üçün təşkil edilən qondarma məhkəməni də məhz bu günə təyin edib. Bu da danışıqlar prosesində heç bir nəticə əldə olunmaması üçün atılan addımlardan biridir.

Rusiyanın mövcud durumda hansı manevri edəcəyi barədə suala cavab verərkən E. Nəsirov Soçi görüşündə Putinin səsləndirdiyi fikirləri diqqətə çatdırıb. O bildirib ki, Soçi görüşündə Putin dəqiq tarix açıqlamasa da payızda daha bir görüşün keçiriləcəyini demişdi. “Rəsmi Moskva Paris danışıqlarını daha diqqətlə izləyir. Nəzərə alsaq ki Ermənistan dövləti Rusiyanın təsiri altındadı, Paris danışıqlarında Ermənistandan hər hansı güzəşti gözləmək çətindir. Burada daha çox diqqət onun üzərində cəmlənir ki, Paris danışıqlarının ardınca Rusiya növbəti görüşü nə vaxt təşkil edəcək. Hesab edirəm ki, Rusiya heç vaxt istəməz ki, münaqişənin həlli Fransa və ya Vaşinqton tərəfindən baş versin. Çünki bu Moskvanın imici baxımından əhəmiyyətlidir”.

Sonda politoloq qeyd edib ki, bu görüşə qədər rəsmi Ermənistanın mövqeyində hər hansı yumuşalma müşahidə olunsaydı nəticəyə ümid etməyə dəyərdi. “Ermənistan oktyabrın 10-da, Avrasiya İqtisadi İttifaqına üzv olduğu gün müxalifət Sarkisyan əleyhinə mitinq təşkil etdi. Oktyabrın 24-də keçirilən mitinqdə isə qərara alındı ki, bundan sonra hər həftə Ermənistanda prezident əleyhinə aksiyalar təşkil ediləcək. Bu mənada Sarkisyan Paris görüşü zamanı sosial bazasının daralmasına qarşılıq olaraq daxili auditoriyaya ünvanlanan çıxışlar edə bilər”.

Qeyd edək ki, bu gün Fransanın paytaxtı Parisdə prezident Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan presidentlərinin görüşü baş tutacaq. Görüş zamanı konkret sənədlərin imzalanacağı haqda iddialar irəli sürülüb.

 

Ülviyyə Cövdətqızı







27 Oktyabr, 2014  13:11 Baxılıb: 982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner