Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rəbiyyət Aslanova: “Saytlar insanları zombiləşdirir"

“Hüquq mühafizə orqanları öz mövqeyini ortaya qoymamış, müxətlif şayiələrə əsaslanaraq xəbər yazıb insanlara ötürmək, onların beyinlərini zombiləşdirmək yol verilməzdir”. Bunu Simsar.az-a Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova son zamanlar ailə daxilində baş verən qətllərdən danışarkən deyib.

Ailə daxilində baş verən qətllərin olduqca ciddi məsələ olduğunu deyən komitə sədri bildirib ki, Kütləvi İnformasiya Vasitələri (KİV) baş vermiş cinayətləri əks etdirən şəkillər yayımlayırlar və həmin məsələləri qabardırlar. “Əslində jurnalistlər məsələnin kökünü axtarıb tapmalıdırlar. Araşdırmalıdırlar ki, cəmiyyətdə nə üçün bu cür aqressiyalar baş verir. Bu aqressiyaların azaldılması üçün jurnalistlər nə edir? İnformasiyaların bu cür tirajlanması insanların psixoloji drumuna təsir edir. Jurnalistlər informasiyanı verərkən məsuliyyət hiss edirlərmi? İnformasiya verilərkən onun konkret ünvanını da nəzə almaq lazımdır”

Komitə sədri deyib ki, bu gün  sanki cəmiyyət daxilində informasiya müharibəsi gedir. “Bu müharibə jurnalistərin oxuculara qarşı olan müharibəsidir. İnformasiyanı vermək olar. Amma qətl hadisələri ətrafında bu dərəcədə dəhşətli məlumatlar yazmaq olmaz. Hər gün saytlarda, qəzetlərdə yayımlanan informasiyaları bir yerə cəmlədikdə, çox dəhşətli vəziyyət əmələ gəlir. İnsanlar sayıtlardan xoş əhval-ruhiyyəli xəbərlər oxumaq istədikləri zaman aqresiya, nifrət və şərlə qarşılaşırlar. Bu isə istər-istəməz ən güclü insanın belə şüuruna və psixoloji drumuna təsir edir. Nəticə bu cür informasiyalar insanları proqramlaşdırır və zombiləşdirir”.

Deputat hesab edir ki, bu məsələnin üzərinə ciddi şəkildə düşmək lazımdır. “Bu, informasiya təhlükəsizliyinin tərkib hissədir. Ölkədə informasiya təhlükəsizliyi ilə əlaqədar qanunun qəbul edilməməsi jurnalistlərə və ayrı-ayrı söz sahiblərinə imkan verir ki, oxucuyla müharibə vəziyyəti yaratsınlar. Hər kəz öz məsluliyyətini dərk etməlidir. İnformasiyanın ötürülməsi və onun məhdudlaşdırılması qaydası müəyyən olunmalıdır”.

 

Hüseyn İbadlı







27 Oktyabr, 2014  12:38 Baxılıb: 763 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner