Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ-da azərbaycanlı tələbələrin forumu

Məqsəd tələbələrin işini əlaqələndirməkdir

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor qruplarından biri - Pax Turcica İnstitutu bu həftə Nyu-Yorkda azərbaycanlı universitet məzunları və tələbələri birləşdirən AYNA şəbəkəsinin ilk forumunu keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, forumun əsas məqsədi qrupun fəaliyyət və hədəflərini müzakirə etmək və yerli tələbələrin işinin əlaqələndirilməsidir. Pax Turcica İnstitutunun həmtəsisçisi Cavid Hüseynov bir müddət əvvəl qurumun fəaliyyəti ilə bağlı Türk Amerika Milli Liderlik konfransında çıxış edib. O bildirib ki, institut öz fəaliyyətini ABŞ-da türk əsilli amerikalıların birliyi konsepsiyası üzərində qurur. Cavid Hüseynov «Amerikanın səsi»nə müsahibəsində bildirib ki, Pax Turcica İnstitutu işini əsasən üç istiqamətdə aparır. Bu istiqamətlər özündə icma üzvlərinin təşkilatlandırılması, onların maarifləndirilməsi və mədəniyyətlərarası dialoqun qurulmasını ehtiva edir.
Onun bildirdiyinə görə, əvvəlki illərlə müqayisədə hazırda türk təşkilatları arasında əlaqələr daha yaxşı koordinasiya olunub. Cavid Hüseynov eyni zamanda ABŞ-dakı türk xalqlarının diasporlarının gənc üzvləri ilə işləməyin vacibliyini vurğulayıb.






14 Aprel, 2011  18:43 Baxılıb: 1187 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner