Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DYP-dən özünü yandırmaq istəyən sürücüyə cavab

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bəzi internet portallarında yol polisi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. İdarənin ictimai qurumlarla əlaqələr bölməsindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsində yaşayan Dərgahov Fuad Həzər oğlu yol hərəkəti qaydasını pozmadığı halda YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilməsi haqda Bakı şəhər BPİ DYPİ-nin rəhbərliyinə müraciət ünvanlayıb. Həmin müraciət vətəndaşın iştirakı ilə araşdırılıb. Müəyyən olunub ki, 08.10.2014-cü il tarixdə F.Dərgahov idarə etdiyi “Ford” markalı 90-TF-842 dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli meydanında dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olarkən dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməyərək “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin XV hissəsinin tələbini pozub. Buna görə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis baş serjantı T.Dadaşov tərəfindən saxlanılıb. YPX əməkdaşı T.Dadaşov qanuna uyğun olaraq sürücüyə yaxınlaşıb, özünü təqdim etməklə dayandırmanın səbəbini bildirib və sənədləri tələb edərək yoxlayıb. Bundan sonra F.Dərgahovun barəsində protokol tərtib edib. F.Dərgahov törətdiyi inzibati xətanın mövcudluğu ilə razılaşmadığına görə YPX əməkdaşı T.Dadaşov onun barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etməyib, bununla yanaşı işə baxılmanın yeri və vaxtı barədə ona ətraflı məlumat verərək protokolun surətini ona təqdim edib.

İdarədən o da bildirilir ki, vətəndaşın müraciətinin obyektiv araşdırılması məqsədilə Füzuli meydanında hərəkətə nəzarətin həyata keçirilməsi məqsədilə quraşdırılmış kameralar vasitəsilə həmin tarixdə qeydə alınmış video görüntüyə baxış keçirilərkən Fuad Dərgahovun idarə etdiyi “Ford” markalı avtomobillə yol ayrıcını keçmə qaydasını pozması öz təsdiqini tapıb: «Müraciətlə bağlı F.Dərgahov Bakı şəhər DYPİ-nə dəvət olunub, hüquq və vəzifələri izah olunaraq dinlənilib, ona DYP-nin xidmətini tənzimləyən normativ hüquqi aktların tələbləri barədə ətraflı məlumatlar verilib, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola və video görüntüyə iştirakı ilə baxış keçirilib və izahatı alınıb. Fuad Dərgahov izahatında qeyri-səmimiliyə yol verərək, yol hərəkəti qaydasını pozmadığını və barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edildiyini bildirib. F.Dərgahovun iştirakı ilə təkrarən video görüntüyə DYPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Ə.Şamilov və YPXŞ-nin rəisi polis polkovnik-leytenantı F.Eyyubov tərəfindən baxış keçirilib və onun yol hərəkəti qaydasını pozması sübuta yetirilib.

Araşdırma zamanı F.Dərgahovun törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən normativ hüquqi aktların tələblərinin pozulmasına yol verilməsi müəyyən edilməyib.

İdarənin məlumatında o da bildirilir ki, özünü jurnalist kimi təqdim edən Fuad Dərgahov DYP-yə etdiyi müraciətlərində onun barəsində tərtib olunmuş protokolun ləğv edilməsini tələb edib. Əks təqdirdə, «5 mərtəbə» dairəsində özünü yandıracağını bildirib. Lakin DYP bir daha diqqətə çatdırır ki, vətəndaşın bu hərəkətləri qeyri-səməmi və qərəzlidir. DYP bununla bağlı kameralar vasitəsilə qeydə alınmış görüntünü də Avtosfer.az saytına təqdim edib. Görüntülərdən də aydın olur ki, sürücü dairəvi hərəkət təşkil olunmuş ərazidə yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə  yol vermədən hərəkəti davam etdirir. Hansi ki, ondan əvvəlki avtomobil dayanıb yol verir.






27 Oktyabr, 2014  11:11 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner