Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik 2534 uşağa xidmət göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2534 nəfər sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərilib”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, cari ilin ötən dövründə ƏƏSMN Bakı Uşaq Bərpa Mərkəzində 2 199 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 250 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa stasionar və ambulator qaydada bərpa-müalicə xidməti göstərilib.

Həmçinin qeyd olunan müddətdə 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq (valideynləri ilə birlikdə) Latviya Respublikasına bərpa-müalicəsinə göndərilib. Beləliklə, bu ilin ötən dövründə ölkəmizdə ƏƏSMN tərəfindən ümumilikdə 2534 nəfər uşaq bərpa-müalicə xidməti ilə təmin edilib.

Qeyd edək ki, Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə prosedurlarına cəlb olunan 1022 nəfər uşaqdan artıq 977 nəfəri evə yazılıb. Onların 66-ı tam reabilitasiya olunub, digərlərinin səhhətində yaxşılaşma əlamətləri qeydə alınıb. Adıgedən bərpa mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar bərpa-müalicə prosedurları ilə təmin edilməklə yanaşı, onların sosial statuslarının bərpası, şəxsiyyətinin korreksiyası, əmək terapiyası məqsədi ilə kompleks işlər aparılır.

 






27 Oktyabr, 2014  10:45 Baxılıb: 641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner