Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mahcupyanın ilk məsləhəti: “Soyqırım"ı etiraf etmə sırası türklərdədir''

... Və əlbəttə, mən də Etyen Mahcupyanın Türkiyə başbakanı Əhməd Davutoğlunun baş müşaviri olmasından qəzəbləndim. Amma təəccüblənmədim. Osmanlını son onillərini xatırladım. Ermənilərin dövlətin yıxılmasında oynadığı rollara baxdım, bunları incələdim. O zamanlar da qardaşlarımız görünüşcə Etyenə bənzər saqqallı bir Ermənini jest olaraq başa keçirmişdilər. Qabriel Noradunkyan 2-ci Məşrutiyyətin elanından sonra 1908-ci ilin avqust ayında Ticarət Nazirliyinin başına gətirilmiş, sonra isə 22 İyul 1912-ci ildə qurulan Əhməd Muxtar Paşa hökumətində (Böyük Kabinet) Xarici işlər naziri olmuşdu. İki ay sonra başlayan Balkan Müharibəsində də Osmanlı diplomatiyasını o yönləndirirdi. Demək məğlubiyyətlər də onun adı ilə bağlı olmalı idi. Buna baxmayaraq xarici ölkələrin basqıları ilə Kamil Paşa hökumətində də eyni vəzifədə qaldı. Xarici işlər naziri. 1913-cü ildə qurulan İttihat və Tərəqqi hökuməti dövründə Balkan Savaşlarındaki mənfi rolu ( təxribatları) səbəbindən vəzifədən uzaqlaşdırılan kimi İstanbuldan ayrılıb Parisə yerləşdi. Dərhal anti- türk fəaliyyətə keçdi. Osmanlı Dövlətinin 1-ci Dünya Müharibəsində uğradığı məğlubiyyətdən sonra toplanan Paris Barış Konfransına düşmən tərəfin təmsilçisi olaraq qatılaraq ermənilərə Osmanlı torpaqlarından pay verilməsi üçün çalışdı. Daha sonra Lozan Sülh Konfransında danışıqları zamanı hər addımda “erməni haqlarını” gündəmə gətirən Boğos Nubar Paşanın başçılıq etdiyi "Erməni Milli Heyəti" nin üzvlərindən biri oldu. Osmanlının zəif nöqtələrini çox yaxşı bilirdi Noradunkyan və türklərə hansı səmtdən zərbə vurmağı da hamıdan yaxşı bilirdi. Baş müşavir olarak vəzifə verilən Etyen Mahcupyan da Noradunkyan kimi tədbirli və ağıllı adamdır. Türkiyədə baş verən prosesləri yaxşı bilən və öz xalqı lehinə işlər görən, ağıllı şəkildə təbliğat aparan birisidir. Yazılarını açın və baxın.

Bu gün kim qarantiya verə bilər ki, o da bir Noradunkyan olmayacaq. Kim qarantiya verə bilər ki, sabah kimlərinsə basqıları ilə o da Noradunkyan kimi dövlətin üst təbəqəsinə, daha məsul vəzifələrə gətirilməyəcək? Və kim qarantiya verə bilər ki, o da bir gün qaçıb Türkiyəyə qarşı. Fəaliyyət göstərməyəcək. Bəlkə onun dostları olan Şık ve Nedəm şener qarantiya verə bilərlər?

Ona artıq belə bir meydan verilmişdir. Bu arada onu da xatırlatmaq yerinə düşər ki, Osmanlı dövlətinin çöküş illərində xarici ölkələrin bir çoxlarında diplomatik işlər ermənilərə tapşırılmışdı: səfir, konsul səviyyəsində onlarca erməni görəvdə idi və onlar Türkiyə üçün deyil, ustalıqla erməni milli davasına çalışmışdılar... Bunlar dərs götürüləsi faktlar, gerçəklərdir.

Bu məsələnin bir tərəfidr. O biri tərəfi isə Mahcupyanın bu vəzifəyə gətirilməsində türk olan erməni yanlılarının onu sürəkli gündəmdə tutmalarıdır. Ona dəstək durmalarıdır. Türkiyədə məşhur olan onlarca türk jurnalistin, yazarın adını çəkə bilərəm ki, onlar erməni simpatizanıdırlar və hətta Azərbaycanla Ermənistan dilə gətirilərkən ermənilərdən yana fikirlər söyləməkdən çəkinmirlər. Açıq şəkildə Ermənistanın tərəfini tuturlar. Bunların bir çoxları məni sevməzlər. Çünki mən onların bu tutumunu zaman zaman tənqid etmişəm. İndi də deyirəm, Etyen Mahcupyan elə də fövqəladə hazırlığa malik adam deyi ki, o başbakana ağıl versin. Məhz bu adamların “bəh- bəh”i ilə Mahcupyan Türkiyənin gündəminə soxuşduruldu.. Məhz onların sayəsində bu Mahcupyan TV-lərdən düşmürdü, Türkiyənin ən çox oxunan qəzetlərində köşə yazarı idi. Sizcə bu elə- belə edilirdi. Ona bu imkanı verənlər vardı. Məqsədli şəkidə bunlar edilirdi.

Məsələnin bir başqa yönünə baxaq. Kim nə deyir desin, bu gün erməni toplumu Türkiyə cəmiyyətində yaxşıca təmsil olunmaqda davam edir. Hətta ab–hava müəyyən eetmək səviyyəsindədir. Türkiyəyə, Azərbaycana qarşı Ermənistanın biz bildiyimiz düşmənçilik ideologiyası, siyasəti Türkiyədə əməlli başlı təbliğ olunur. Bu işi görənlərdən biri başbakanın yeni təyin olunan baş müşaviridir. İnanmırsınızsa bu Mahcupyanın yazılarını açın və baxın. Buna əmin olacaqsınız. Bir zamanlar Ermənilərin Hrant Dinki var idi, indi Mahcupyandan başqa Markar Yesayanı var, Sevan Nişanyanı var, Koptaşı var, onlarca gündəmi işğal edən adamları var. Özləri deyə bilmədiklərinitürk yazar jurnalist qardaşlarımıza dedirdən üsulları, metodları var və bunlar hər gün bizə tanış olan üsullarla Türkiyə cəmiyyətini silkələməkdədirlər. Bunlara isə dəstək verən bir sürü türk qəzetəçi-yazar ordusu var. Lazım gələndə küçələrə tökülüb “erməni işinə” dəstək verirlər. Birdən elə bilərsiniz mən o iddiadayam ki, Ermənistan və ya Erməni Diasporası bunların ciblərini doldurur. Qətiyyən. Bax dediyim bu erməni yazar-çizər cameası və onların təbliğatının toruna düşən adamlar mahcupyanlara inanırlar. Daha doğrusu Mahcupyanlar onları inandırmışdır. Mahcupyanı yetişdirən ortam oluşdurulmuşdur.

Bu qənaətə gələ bilərik ki, Türkiyə cəmiyyətində artıq ermənilər söz sahibidir. Bu, Türkiyə o yana dursun, Azərbaycanın da ideoloji məğlubiyyətidir. Gəlin bir nəzər yetirək. Türkiyə cəmiyyətində, Türkiyə mətbuatında, Türkiyə TV-lərində Azərbaycan nə dərəcədə var? Onun adlarını bir az öncə zikr elədiyimiz erməni kökənlilər qədər çəkisi varmı? Gəlin etiraf edək ki, yoxdur. Bu mənada ermənilərin tutduqları mövqedən çox aşağıdayıq. Bəlkə bu işdə Azərbaycan Türklərinə əngəl olanlar var? Xeyr. Bildiyimə görə bizim zəngin qurumlarımız hətta bəzi Türk televiziyalarında pay sahibidir. Bəzi qəzetələrin yayınlanmasına yardım edirik və s. Bəlkə Mahcupyan səviyyəsində intellekti olanlarımız yoxdur? Türkiyədə kifayət qədər səviyyəli ziyalılarımız yaşamaqdadır. Bəs nə səbəbə Erməninin biri baş nazirin baş müşaviri ola bilir, biz ola bilmirik və biz isə başlayırıq bundan qəzəblənib sosyal şəbəkələrdə söyüş söyməyə. Gücümüz buna çatır. Əgər qardaş dediyimiz Türkiyədə mövqelərimizi beləcə ermənilərə və erməni kimilərətərk ediriksə düşünməyə ehtiyac var. Özü də dərindən düşünməyə...

Türk qardaşlarımız əlbəttə bizim yerimizə öz ölkələrində azərbaycanlı siyasətçi, yazar, jurnalist və s. yetişdirmək zorunda deyillər. Bu bir ayrı mövzudur. Amma onlar ən azından Mahcupyanla əlgili qərar verəndə Noradunkyan örnəyini və yüzlərlə belə örnəkləri göz önünə gətirməlidirlər. Düşünməlidirlər ki, axı bu Etyen Mahcupyan Ə. Davutoğluna nə məsləhətlər verəcək? Bu da artıq ayrı bir mövzudur. Amma bilinən budur ki, onun “ağıllı məsləhətləri” öz rolunu oynayacaq. Və məncə bu Türkiyənin heç, amma heç xeyrinə olmayacaq .

Türkiyənin indiki həssas dönəmində onun məsləhət verəcəyi fikirlər məqalələrində açıq-aşkar yazılıdır. Açsınlar və baxsınlar. Yəqin ki, onun başbakana ilk məsləhəti də bir zamanlar “Zaman “ qəzetində öz köşəsində yazdığı bu fikir olacaq: "Soykırım"ı etiraf etme sırası Türklərdədir' ...

 

Qafar Çaxmaqlı

Modern.az-ın Türkiyə təmsilçisi.

qafar56@gmail.com






27 Oktyabr, 2014  09:08 Baxılıb: 879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner