Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Azərbaycanlı girovlarla bağlı Fransa prezidentinə məktub – BAKIDAN

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın rəhbəri Serj Sərkisyan Fransada görüşəcəklər. Fransanın təşəbbüsü ilə baş tutacaq görüşdə Qarabağ danışıqları olacaq.

Görüş ərəfəsində Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Kəlbəcərdə girov götürdüyü iki azərbaycanlını mühakimə edəcək.

Bu ilin iyulunda Kəlbəcərə - öz ata-baba qəbirlərini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər.

Heç bir hüquqi normaya uyğun gəlməyən bu addımla Ermənistan danışıqlarda müəyyən dividend əldə etmək istəyir.

Ötən gün QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu məsələ ilə bağlı toplantı keçirib və Fransa prezidenti Fransua Ollanda müraciət ünvanlayıb.

Azərbaycanlı jurnalistlərin Fransa prezidentinə müraciətini olduğu kimi təqdim edirik.

Fransa Respublikasının Prezidenti, cənab Fransua Ollanda

Hörmətli cənab Prezident!

Sizin Fransa prezidenti kimi öz ölkənizdə və Avropa Birliyində, həmçinin dünya miqyasında göstərdiyiniz fəaliyyət çox əhəmiyyətlidir.

Xüsusilə, humanizm, insan hüquqlarının müdafiəsi kontekstindəki işləriniz bu gün bizdə, Sizə bu müraciəti etmək zərurətini yaradıb.

Hörmətli cənab Prezident!

Nəzərinizə çatdırırıq ki, 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər etmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülmüş və insan hüquqlarına sığmayan zorakılığa məruz qalmışlar.

Öz evlərinə, kəndlərinə gedən insanlar haqqında cinayət işi açılmış və onlar hələ də girovluqda saxlanılmaqdadır.

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə oktyabrın 27-də keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə uğurlu nəticələrin əldə ediləcəyinə ümidvarıq.

Eyni zamanda, bu görüş ərəfəsində haqqında bəhs etdiyimiz girovların taleyi ilə maraqlanmağınızı, onların azadlığa buraxılaraq ailələrinə qovuşması üçün həm Fransa prezidenti, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi Ermənistan rəhbərliyinin mövqeyinə təsir göstərməyinizi Sizdən xahiş edirik.

Əvvəlcədən təşəkkür edirik!

QHT Şurası nəzdində Media İşçi Qrupu







27 Oktyabr, 2014  09:01 Baxılıb: 719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner