Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Müharibə, boykot, əsir namizəd - Ukraynada seçkilər

Rusiyameyilli silahlılarla daxili müharibənin davam etdiyi Ukraynada Ali Radaya keçiriləın seçkilərin baş tutduğu bildirilib. Ölkənin rusyiameylli seçiciləri isə seçki qutularına yaxın durmayıblar.

Simsar.az-ın məlumatna görə, Ukraynada rusiyameyillilərlə ordu arasındakı müharibənin davam etməsinə baxmayaraq, əhali parlament seçkiləri üçün seçkilərə gedib. 32 milyon seçici səvermə hüququndan istifadə edib.

Ukrayna Mərkəzi Seçki Komissiyası bildirib ki, seçki məntəqələri oktyabrın 26-da yerli vaxtla saat 08.00-da açılıb və səsvermə 12 saat davam edib. Ölkədə 35 milyondan artıq seçici qeydə alınıb.

Keçirilmiş “exit-pol”un nəticələrinə görə, Ali Radaya 7 partiya keçə biləcək: “Petro Proşenko bloku” 23 faiz səslə liderdir, ikinci yerdə 21,3 faiz səslə Ukrayna Xalq Cəbhəsidir.

Döyüşlərin getdiyi Donetsk vilayətinin 21 seçki dairəsindən 9-da, Luqansk vilayətinin isə 11 seçki dairəsindən 6-da seçkilər keçirilməyib. Ukraynanın şərqində 3 milyona yaxın, Krımda isə 1,8 milyon seçici səs vermək imkanı əldə edib.

Yekun nəticələr isı bir neçə gün ərzində açıqlanacaq.

Lakin Rusiyaya ilhaq edilən Krım və Rusiya meyillilərin əlində olan Donbass bölgələrində yaşayan 3 milyon seçici seçkilərdə iştirak etməyiblər.

Seçkilərdə ən diqqət çəkən namizəd isə Rusiyada həbsdə olan Ukraynanın ilk qadın pilotu Nadia Savçenkodur. O, Yuliya Timoşenkonun partiyasından namizədliyin irəli sürüb. Rusiyameyillilərə qarşı döyüşlərdə helekopteri vurularaq əsir götürülən qadın pilot, 2 rus jurnalistin ölümündə də ittiham olunur. N. Savçenko öncə həbsxanada, hazırda isə psixoloji dispanserdə saxlanılır

Seçki günü Ukrayna prezidenti Petro Poroşenko da Donbasa səfər edib. O, Donetsk vilayətinin separatçılardan təmizlənmiş Kramatorsk şəhərində seçki məntəqəsində olub.

Qeyd edək ki, Ukraynada beş il müddətinə 423 deputat seçiləcək. Onların 198-i təkmandatlı majoritar dairələrdən, 225-i isə 5 faizlik həddi keçən partiyaların siyahısı ilə mandat qazanacaq.

Vüsal Qarayev







27 Oktyabr, 2014  08:45 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner