Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Onlar artıq diri hesab ediləcəklər

Nazirlər Kabineti "Diridoğulmanın beynəlxalq meyarları"nın tətbiq edilməsi haqqında qərar qəbul edib.

Simsar.az-ın məlumatına görə, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq qərar verib.

Qərara əsasən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq ediləcək.

Eyni zamanda, Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Azərbaycanda tətbiq edilən əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr “uşaq” adlandırılmırdı. Onlara “gecikmiş düşük” deyilirdi. Əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kq-dan çox olan və həyat əlamətləri görünən körpələr "diridoğulmuş uşaq” hesab edilirdi.

Yeni meyarlar əsasında isə bu müddət 28 deyil, 22 həftə müəyyən edilib. Artıq hamiləliyin 22 həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlaməti - ürək döyüntüsü, nəfəs alma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır.






26 Oktyabr, 2014  12:51 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner