Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rəbiyyət Aslanovadan erməni müşavirlə bağlı REAKSİYA

“Türkiyə zaman-zaman belə addımlar atıb”

“Eməni əsilli jurnalistin baş nazir Əhməd Davudoğlunun baş müşaviri təyin edilməsi, Türkiyə dövlətinin millətlərarası münasibətlər sahəsində apardığı siyasətin tərkib hissədir”.

Bunu Simsar.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Türkiyə baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı baş müşavir təyin etməsinə münasibət bildirərkən deyib.

Türkiyədə müxtəlif millətlərin nümayəndələrinin yaşadığını deyən deputat bildirib ki, orda yaşayan hər kəs, Türkiyə vətəndaşıdır:

“Etyen Mahçupyanın yeni yaradılan “Ağıllı insanlar” heyyətində yer alan 40 nəfərdən biri olacaq. Bu heyyətə müxtəlif millətlərin nüməyandələrinin cəlb edilməsi, Türkiyə dövlətinin ölkə daxilində vətəndaşlara necə münasibət bəsləməsi göstərmək üçün atdığı adımdır”.

Komitə sədri deyib ki, qarşıdan qondarma “erməni soyqırımının” 100 illiyi gəlir. Bu addım konkret olaraq soyqırımın 100 illiyinə hesablanıb. Türkiyə dövləti bununla göstərmək istəyir ki, ölkədə yaşayan insanlara qarşı ayrıseçkilik yoxdur:

“Bu sahədə görülən işlər ölkədə sabitliyin, əminəmanlığın, tolerantlığın qorunması üçün atılan addımıdr. Burda qeyri-adi heç nə yoxdur. İnanmıram ki, bu, elə bir böyük problem yaratsın. Zaman-zaman belə addımlar atılıb. Türkiyə 77 milyon insanın arasında olan müxtəlif millətlərə mənsub vətəndaşlara eyni münasibət, eyni mövqe sərgiləndiyini göstərməyə çalışır. İlk dəfədir ki, erməni əsilli bir insan yüksək mövqeyə-dövlət müşaviri postuna gətirilir”

Deputat əlavə edib ki, bir vaxtlar “Qrant inqilabı” məsələsi gündəmdə idi. Bu zaman kəsiyində ermənilərdə aqressivlik müşahidə olunurdu. Onların aqressivliyinin azaldılması üçün Türkiyə baş naziri belə addım atıb.

Türkiyədə çoxlu sayda erməni əsilli iş adamlarının da olduğunu söyləyən R. Aslanova bildirib ki, bəziləri ayrı-ayrı qurumlarda çalışırlar: “Amma Türkiyə heç vaxt kinli mövqeyini ortaya qoymayıb. Baxmayaraq ki, “soyqırım” məsələsi hər zaman Türkiyəni narahat edən məsələ olub. Ancaq bu adamlara qarşı dözümlülük nümayiş etdirilib. Bu da atılan növbəti addımdır. Hər halda bu Türkiyənin daxili işidir. Hesab edirəm ki, sözü gedən məsələ münasibətlərimizə təsir edə biləcək məsələ deyil”

Hüseyn İbadlı







25 Oktyabr, 2014  13:22 Baxılıb: 999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner