Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fətullah Gülən İŞİD-ə səsləndi

Hazırda Türkiyə höküməti ilə gərginlik yaşayan nurçuların lideri Fətullah Gülən İŞİD terror qruplaşmasının törətdiyi qırğınlarla bağlı başsağlığı verib.

Simsar.az-ın məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən terror təşkilatının hücumları nəticəsində həyatını itirən kürd, türkmən, ərəb və yezidi kürdlərə etdiyi başsağlığının mətnini kürd qəzetlər yayıb.

Başsağlığında deyilir: "İraq və Kürdüstan xalqına 'keçmiş olsun' arzularımı ərz edirəm. Döyüşlərdə şəhid olan peşmergələrə, türkmen döyüşçülərinə İraq Ordusu əsgərlərinə Allahdan rəhmət diləyirəm. 9-10 əsrdən bəri ətlə dırnaq kimi yaşayan bir millət olaraq bu dəhşətlərin sona çatmasını arzu edirəm".

Gülənin sözlərinə görə, İŞİD-in din adından istifadə edərək törətdiyi vəhşi zülmləri qınanılmalıdır: "Onlara səslənirəm ki, insanlıqdan kənar hərəkətlərinə son versinlər və tez bir müddətdə bu işlərdən əl çəksinlər. Fərdlərə və ya günahsız vətəndaşlara edilən hər cür hücum, təzyiq və zülm, Qurana və Peyğəmbərimizin (s.a.s) sünnəsinə tamamilə ziddir. İŞİD üzvləri əgər bəzi güclərin agenti olaraq hərəkət etmirlərsə, İslam dininin ruhunu və onun Peyğəmbərini (s.a.s) tanımamış cahillərdir deyilə bilər. Hər nə olursa olsun, etdikləri terroru belə adlandırılmalıdır. Dinin məqsədi; dünyada universal insan hüquqları, qanunun aliliyi və yüksək insani dəyərlərə söykənən sülhü təsis etməkdir. Bunun tərsinə olan şərhlər dinə ziddir və bir nifaqdır. İslami düşüncədə qanuni məqsədə çatdıran yollar da məqsəd kimi qanuni olmaq məcburiyyətindədir. Bunun tərsinə olan hərəkət Makyavelizmdir".






23 Oktyabr, 2014  18:38 Baxılıb: 747 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner