Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

Oktyabrın 23-də Baş prokuror Zakir Qaralov Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Avropa Şurası və onun institutları ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğuyan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, insan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, həmçinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş konkret işlər barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin insan hüquq və azadlıqlarının daha dolğun müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Baş prokuror son illər ərzində prokurorluq orqanlarında bu sahədə həyata keçirilmiş islahatlar barəsində geniş məlumat verib.

Avropa Şurası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən N.Mujnieks bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filippoviç və digər rəsmi şəxslər iştirak edirdilər.






23 Oktyabr, 2014  17:29 Baxılıb: 770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner