Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İŞİD” komandiri olan QAT üzvü Suriyada öldü – ŞOK

Suriyada həlak olması ilə bağlı xəbər yayılan Rövşən Bədəlov (“Bədəl” adı ilə tanınırdı) Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvü olub.

QAT mətbuat xidmətindən qurumun sədri Akif Nağının imzası ilə  Simsar.az-a daxil olan məlumatda bildirilib ki, R. Bədəlov Tərtərdən nümayəndə kimi QAT-ın 1-ci qurultayında iştirak edib. Həmin vaxtdan Qarabağda partizan dəstəsi yaratmaq cəhdləri edib: “Sonralar Çeçenistanda, Pankisi dərəsində döyüşlərdə iştirak edib. 2003-cü ildə dəstə yaradaraq cəhbə xəttini keçib Qarabağda partizan hərəkatını başlamaq istəyib. 2003-cü ilin avqustunda o başda olmaqla dəstənin 23 üzvü Bakıda həbs olunub. Rövşən Bədəlova 10 il həbs cəzası verilib. 2013-cü ildə azadlığa çıxıb, QAT rəhbərliyi ilə söhbətlərində yenə də Qarabağda döyüşmək istədiyini bildirib. Görünür, bu arzusunu həyata keçirə bilmədiyinə görə Türkiyəyə, oradan da Suriyaya gedib. Biz Rövşən Bədəlovun, onun kimi digər insanlarımızın yad ölkələrdə həlak olmalarına təəssüf edirik. Onlar yad ölkələrdə deyil, Qarabağda döyüşməli, ya qalib gəlməli, ya da şəhid olmalı idilər”.

Akif Nağı deyib ki, hamını bu hadisə ilə bağlı düşünməyə dəvət edirik.

Qeyd edək ki, Koalisiya güclərinin Kobanidə həyata keçirdiyi bombardıman nəticəsində “İŞİD”in əslən azərbaycanlı, Qafqaz üzrə komandiri Rövşən Bədəlov öldürülüb.

Avropa.info xəbər verir ki, tabeçiliyindəki 25 nəfərlə birlikdə həyatını itirən Xalid Azəri ləqəbli Rövşən Bədəlov əslən Tərtər rayonundandır. Onun 90-cı illərdə Azərbaycanda Milli Azadlıq Hərəkatında iştirak etdiyi, 2001-ci ildə isə  çeçen mücahidlərinə qoşularaq  Pankisi dərəsində ruslara qarşı vuruşduğu bildirilir.

2002-ci ildə Pankisidə yaratdığı "Qarabağ Partizanları" adlı qrupla Azərbaycana keçərək ermənilərlə vuruşmaq istəmiş, lakin həbs olunaraq, 10 il həbsdə olub.

2013-cü ildə həbsdən çıxan Bədəlov bir ay Azərbaycanda qaldıqdan sonra Suriyaya keçərək aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət olan "Tabu"  adlı bir qrup yaradıb. Daha sonra öz qrupu ilə birlikdə IŞİD-in tərəfinə keçib.

Rövşən Bədəlovun 50 yaşı var idi.

Musavat.com bildirir ki, R. Bədəlov Azərbaycan siyasətində yaxşı tanınan bir neçə sima ilə orta məktəbdə bir yerdə oxuyub. O cümlədən, həbsdə olarkən, 4 ay Müsavat Partiyasının rəhbərləri ilə eyni korpusda saxlanıb. Bu baxımdan, bu əsrarəngsiz fiqurla bağlı az da olsa, məlumat toplamaq mümkündür, bunu etməyə çalışacağıq.

R. Bədəlov Rusiyanın Azərbaycandan istədiyi çeçen terrorçular siyahısında da olub. O, çeçen komandiri Gilayevin ən yaxın adamlarından olub.

Simsar.az

 

 







23 Oktyabr, 2014  16:29 Baxılıb: 1262 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner