Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜXALİFƏTİN TƏLƏBİNƏ HÖKÜMƏT ƏMƏL EDİR

Fuad Ələsgərov İctimai Palatanın aksiyalarına şərh verdi  

Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müxalifətin son vaxtlar razılaşdırılmamış aksiyalar keçirmək cəhdləri, habelə bəzi beynəlxalq təşkilatların bununla bağlı bəyanatlarına münasibət açıqlayıb. 

APA-ya müsahibəsində F.Ələsgərov deyib ki,
son bir neçə həftə ərzində bəzi radikal müxalifət qüvvələri Bakıda təhqiredici çağırışlarla, zorakılıqla müşayiət olunan aksiyaları keçirməyə cəhd edib, aprelin 2-də isə Fəvvarələr meydanında ictimai qaydanın, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin kobud surətdə pozulmasına səbəb olan hərəkətlər törədib:

“Aksiyalarda istifadə olunan şüarlardan biri korrupsiyaya qarşı mübarizənin aparılmaması ilə bağlı hökumətə qarşı ittihamın irəli sürülməsi olub. Bununla əlaqədar bildirmək istərdim ki, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir, bu sahədə artıq bir neçə mühüm nəticələr əldə edilib. Azərbaycan prezidenti cənab İlham Əliyev ölkəmizin müxtəlif bölgələrində əhali ilə görüşlərində qeyd etdiyi kimi, bu gün qarşımızda Azərbaycanın sözün əsl mənasında müasir, inkişaf etmiş dövlətə çevirmək kimi vəzifə durur. Yüksək iqtisadi inkişafı və sosial rifahı təmin etmək üçün isə Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 12 aprel tarixli iclasında cənab prezident vurğulayıb ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələr verir. Bu siyasət davam etdiriləcək. Bu bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Belə olan halda, qeyd etdiyim tərzdə və şüarlar altında toplaşmağa cəhd edən, ictimai asayişi pozmaqla, şüarlar səsləndirməklə məşğul olan insanların məqsədi Azərbaycanın inkişafına mane olmaq, dövlətin apardığı quruculuq siyasətinə və islahatlara kölgə salmaq, dövlət orqanlarını və şəhər sakinlərini gündəlik fəaliyyətdən yayındırmaq, ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir. Eyni zamanda, bu insanların “aksiya keçirmək strategiya”larına nəzərə yetirsək, həmin məqsədlər daha aydın surətdə özünü büruzə verir. Bakının icra hakimiyyəti ilə toplantının yerini və vaxtını razılaşdırmaq əvəzinə, onlar toplantı üçün müraciətdə ümumiyyətlə göstərilməyən yerdə, hətta eyni vaxtda bir neçə yerdə kiçik qruplar şəklində ictimai asayişi pozmağa çalışıblar. Qanunsuz, zorakı hərəkətlərə görə bir qrup şəxsin tutulmasından sonra belə onlar aksiyanı “baş tutmuş” hesab edirlər. Burada söhbət sərbəst toplaşmaq azadlığından gedə bilməz. Bu hüquq təsbit edilən beynəlxalq müqavilələrə əsasən, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi üçün onun ilk şərti toplantının dinc olmasıdır. Əgər toplantı açıq-aşkar zorakılıqla müşayiət olunursa, yaxud kütləvi informasiya vasitələrində və internet şəbəkəsində toplantı ərəfəsində keçiriləcək aksiya zamanı dövlət orqanlarına qarşı qanunsuz əməllərin törədilməsinə çağırışlar səslənirsə, hətta ictimai asayişin qorunması vəzifələrini yerinə yetirən dövlət orqanlarına müqavimət göstərilməsi yolları barədə təlimatlar verilirsə, bu toplantı necə dinc adlandırıla bilər? Bundan əlavə, həmin aksiyaları keçirən qüvvələrin əvvəlki dırnaqarası parlaq təcrübəsi də nəzərə alınmalıdır. 2003-cü ilin oktyabrında insanlara ağır xəsarətlərin, əmlaka böyük miqdarda ziyanın yetirilməsi, ictimai qaydanın pozulması ilə müşayiət olmuş hadisələr hamımızın yadındadır. Hal-hazırda yeni aksiya keçirmək istəyənlər həmin o hadisələrin təşkil edilməsinə görə vaxtilə məsuliyyətə cəlb ediliblər. Görünür, onlar özlərinin köhnə vərdişlərindən əl çəkmək istəmirlər”.

Anar






14 Aprel, 2011  15:59 Baxılıb: 1319 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner