Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xəyanətə dözməyib intihar etdi

Onlar dörd il nişanlı olublar

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 24 yaşlı Ləman Sadıqova özünü asaraq intihar edib. 

Baş vermiş intiharla bağlı polisə məlumat daxil olan kimi hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları gəlib. Mərhumun anası qızının intihar etməsi faktını gizlətməyə çalışıb. O, qızın intihar etdiyi zaman istifadə etdiyi kəndiri gizlədərək istintaqçıların işinə mane olub. Uzun sürən araşdırmalardan sonra L. Sadıqovanın intihar etməsi təsdiqlənib.

Araşdırmalar zamanı məlum olub ki, L. Sadıqova dörd il əvvəl nişanlanıb. Lakin qızın nişanlısı aprelin 9-da başqa bir xanımla ailə qurub. Bundan xəbər tutan L. Sadıqova özünə qəsd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırmalar davam etdirilir.






14 Aprel, 2011  15:44 Baxılıb: 1349 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner