Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

4 ölkə könüllü əməkdaşlıq edəcək

İstanbulda “Türk dilində danışan ölkələrin əməkdaşlıq günü” münasibətilə mərasim keçirilib. APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkil etdiyi mərasimdə çıxış edən şuranın baş katibi Ramil Həsənov indiyə qədər 4 ölkənin könüllü şəkildə əməkdaşlıq etdiyi təşkilatın üzvlərinin bundan sonrakı mərhələdə 6-ya çıxacağına inandığını vurğulayıb. 4 ölkə dövlət başçısının siyasi iradəsinin şuranın fəaliyyətində həlledici əhəmiyyətə malik olduğunu xatırladan baş katib, “ikitərəfli münasibətlərimizi bundan sonrakı dönəmdə dördtərəfli səviyyəyə çıxaracağımıza əminəm. Gələcəkdə şuraya üzv olacaq ölkələrin sayı artdıqca əməkdaşlığımızın  çərçivəsi daha da  genişlənəcək”, - deyib.

Mərasimdə çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Naci Koru türk dilində danışan ölkələr arasındakı münasibətlərin İsmayıl bəy Qaspralının “Dildə, fikirdə, işdə birlik” - şüarının zəminində qurulduğunu, bu münasibətlərin inkişaf etdirilməsinin bölgəyə və dünyaya sülh, rifah gətirməyə xidmət etdiyini bildirib. “XXİ əsrin gətirib-gəldiyi potensial fürsətlər bizim üzərimizə önəmli vəzifələr qoyur”, - deyən nazir müavini Naci Koru, qardaş ölkələr arasındakı münasibətlərin dərinləşməsi istiqamətində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının göstərdiyi  fəaliyyətdən məmnuniyyət duyduqlarını vurğulayıb.

Mərasimdə çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qurucu baş katibi, istefada olan səfir Xəlil Akıncı, Türkiyə Cümhuriyyətinə 43 il xidmət etdikdən sonra 2010-cu ilin sentyabrında şuranın qurucu baş katibi vəzifəsinə gətirildiyini, 4 illik fəaliyyəti nəticəsində  qardaş ölkələr arasındakı münasibətlərin  könüllülük prinsipi əsasında ən yüksək səviyyəyə çıxarılmasından məmnun olduğunu deyib. Mərasimin sonunda Xəlil Akıncıya qurumun Şərəf mükafatı verilib.






22 Oktyabr, 2014  09:21 Baxılıb: 1299 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner