İlham Əliyev qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Simsar.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən mədəniyyət-istirahət parkının abadlaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılması qeyd olunur.
Prezident həmçinin Binəqədi rayonunun Xocasən qəsəbəsində 103 saylı ümumtəhsil məktəbinin 640 şagirdlik əlavə korpusunun tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat məbləğində vəsait ayırıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.