Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vasif Talıbov Əlincəqalaya çıxdı – FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya qalxaraq, tarixi abidədə həyata keçirilən bərpa işləri ilə maraqlanıb. Simsar.az xəbər verir ki, Sədrə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bərpa işləri Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə hazırladığı elmi-bərpa layihəsi əsasında aparılır. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmiş Əlincəqalanın milli-mədəni sərvətimiz kimi qorunub saxlanılmasına imkan verəcək. İnşaat texnikasının yüksək səviyyəsinə, planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qala möhtəşəm müdafiə istehkamıdır. Əyilməzlik və mübarizlik rəmzi olan Əlincəqalanın hər daşında qədim və orta əsrlər dövr tariximizin izləri yaşayır. Azərbaycan Atabəylər dövlətinin dövründə burada yaşayış evləri, təsərrüfat binaları, qalaya gedən yolların üstündə mühafizə məqsədilə səngər və bürclər tikilib. Qalanın müxtəlif yerlərində qaya üzərində su hovuzları qazılıb, arxlar çəkilib.

Qala divarları və yaşayış binaları birbaşa qayanın üzərində inşa olunduğundan seysmik baxımdan olduqca davamlı və təhlükəsizdir. Hazırda Əlincəqalanın divarları və qalada olan tikililər qədim milli tikinti mədəniyyəti saxlanılmaqla bərpa olunur. Qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki görkəminə qaytarılmış, qala istehkamlarına qədər yol çəkilmişdir. Vaxtilə qalanın üzərində yerləşən yaşayış binaları da təmizlənərək ilkin forması müəyyənləşdirilib və bərpa işlərinə başlanılıb.

Təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli nümunələr üzə çıxarılıb. Bunlar “Əlincəqala” Tarix Mədəniyyət Muzeyində nümayiş etdiriləcək. Muzey binası yardımçı otaqlardan və ekspozisiya zalından ibarət olacaqdır.

Muzey binasının yerləşəcəyi əraziyə baxan Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, muzeyin eksponatlarla yanaşı, burada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər və fotoşəkillərlə zənginləşdirilməsi, bərpa zamanı qalanın tarixi görkəminin qorunması, eləcə də tarixçi alim və tədqiqatçıların fikirlərinin nəzərə alınması barədə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, “Əlincəqala” tarixi abidəsində bərpa işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən aparılır.

 

 






21 Oktyabr, 2014  14:44 Baxılıb: 2141 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner