Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycanda 19 yapon kapitallı şirkət fəaliyyət göstərir” - NAZİR

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “İtochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd etmiş, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, indiyədək ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir.

Şahin Mustafayev əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini, eləcə də iş adamlarının iştirakı ilə keçirilən biznes forum, işgüzar görüş və sərgilərin rolunu qeyd edib.

O bildirib ki, “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirilməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.

Görüşdə diqqətə çatdırılıb ki, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib və sənayenin daha da inkişafı üçün tədbirlər həyata keçirilir.

Azərbaycanın filiz yataqları ilə zəngin olduğunu qeyd edən Şahin Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirib.

Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında müqavilə imzalanmış və şirkət Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin təşkili ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində işlərin aparıldığını vurğulayan Şahin Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “İtochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında bu il Yaponiyada 8-ci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini diqqətə çatdıran Yoiçi Kobayaşi rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə də məlumat verib. Şirkətin sənaye sahəsində ixtisaslaşdığını bildirən Yoiçi Kobayaşi bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bildirib.

Simsar.az







21 Oktyabr, 2014  14:15 Baxılıb: 910 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner